LERİKDƏ BAŞ VERƏN CİNAYƏTİN İLGİNC TƏFƏRRÜATLARI: ZORLANAN QIZ QARDAŞLARI İLƏ DƏ CİNSİ ƏLAQƏDƏ OLDUĞUNU ETİRAF EDİBbackend

LERİKDƏ BAŞ VERƏN CİNAYƏTİN İLGİNC TƏFƏRRÜATLARI: ZORLANAN QIZ QARDAŞLARI İLƏ DƏ CİNSİ ƏLAQƏDƏ OLDUĞUNU ETİRAF EDİB

Bir neçə gündür, həm mətbuat, həm də sosial şəbəkələrdə Lerik rayonunda baş vermiş 16 yaşlı qızın zorlama hadisəsi ilə bağlı geniş müzakirələr gedir. Müzakirələrə səbəb isə cinayəti törətmiş Şəfahət Məmmədovun Lerik Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum etməsidir.
TİA.AZ xəbər verir ki, həmin hadisənin ilginc təfərrüatları meydana çıxıb. Əldə etdiyimiz məlumata görə, Məmmədov Şəfahət Ağamməd oğlu Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilib. Elə cinayət işi həmin maddə ilə də Lerik rayon Məhkəməsinə daxil olub.
Cinayət işi və məhkəmə qərarından belə aydın olur ki, Şəfahət Məmmədov 10 may 2003-cü ildə anadan olmuş Baxşıyeva Məxfirə Gürşad qızı ilə 2018-ci ilin yay aylarında münasibət qurub. Belə ki, həmin vaxt Kirəvud kənd orta məktəbinin 9-cu sinifini bitirmiş M.Baxşıyeva öz razılığı ilə kəndin yaxınlığındakı meşə sahəsində, habelə Ş.Məmmədovun evinin yaxınlığında yerləşən, Kinəvəs adlı kənd sakinin yaşayış olmayan evində görüşərək, onunla cinsi əlaqədə olub. Həmin vaxt qızın heç bir etiraz etmədiyi, öz xoşu ilə cinsi əlaqədə olduğu bəlli olub.
Məlumatlardan belə məlum olur ki, Məmmədov və Baxşıyeva arasındakı münasibətlər bir müddət davam edib. Sonuncu əlaqədən sonra isə 16 yaşı tamam olmamış qız hamilə qalıb.
TİA.AZ xəbər verir ki, istintaq materialları və məhkəmə qərarından belə aydın olur ki, zərərçəkmiş şəxs Məxfirə Baxşıyeva məhkəmə prosesində izahat verib. Və həmin izahatında o bildirib ki, ilk dəfə, hələ 14 yaşı tamam olmamış Səməndər Əlimxan oğlu Əsədovla cinsi əlaqədə olub. Onların münasibətləri bir müddət davam edib. Məhkəmə istintaqı zamanı Əsədov Səməndər Əlimxan oğlunun cinayət əməli törətdiyi və buna görə də, ona Cinayət Məcəlləsinin 152.2 və 153.2-ci maddələri ilə cinayət işinin açılması tövsif olunub və müvafiq qurumlar qarşısında məsələ qaldırılıb. Onun haqqında Lerik rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

İşin ən ilginc tərəfi isə odur ki, Məxfirə Baxşıyeva qardaşları Zakir və Muradla da cinsi əlaqədə olub. Bunu məhkəmə prosesində və istintaqda da etiraf edib. Lakin həm məhkəmə, həm də istintaq həddi buluğa çatmayan qardaşları cinayətin subyekti olmadıqlarına görə barələrində cinayət işi qaldırmayıblar.

Məlumatlarda vurğulanır ki, cinayət işi üzrə məhkəmə baxışı 22 iyul 2020-ci ildə keçirilib. Qeyd edilir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Ş.Məmmədovun vəkili Asif Allahverdiyev isə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığını deyərək, ona bəraət verilməsini istəyib. Onu da bildirək ki, Ş.Məmmədov ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir, ona şər atıldığını, günahsız olduğunu bildirir.

Lerik Məhkəməsinin çıxardığı qərarda isə qeyd edilir ki, Şəfahət Ağamməd oğlu Məmmədov barəsində 30.07.2020-ci il tarixli 1(048)-21/2020 saylı hökm çıxarılıb. Təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə cinayət törətməsi, II qrup əlil olması, 60 yaşına çatması, himayəsində I qrup gözdən əlil anası olmaqla ona qulluq etməsi, həmçinin həyat yoldaşının II qrup əlil olmalqa əmək qabiliyyəti olmadığı və ailənin yeganə qazanc gətirəni olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Nəhayət, o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hazırda Lerik rayon Prokurorluğu məhkəmənin qərarından protest verib. Eyni zamanda, məhkum Şəfahət Məmmədov da bəraət tələbi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edib.

Qeyd edək ki, burada daha bir neçə maraqlı məqam var. Həmin məqamlardan birinin zərərçəkən Məxfirə Baxşıyevanın ifadə verməsinə və etiraf etməsinə baxmayaraq, istintaqın Səməndər Əsədov haqqında cinayət işi açmamasıdır. Halbuki həmin işi Lerik Məhkəməsi etməli olub. Digər tərəfdən, istintaq M.Baxşıyevanın hamilə olduğunu bildiyi halda, uşağın konkret olaraq kimdən olması barədə heç bir addım atmayıb. Hərçənd bunun üçün müxtəlif tibbi imkanlardan yaralanmaq mümkün idi.
Məsələni diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki