Lənkəranskinin adamı Azərbaycana deportasiya edilə bilərbackend

Lənkəranskinin adamı Azərbaycana deportasiya edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum “qanuni oğru” Rövşən Caniyevə (Rövşən Lənkəranski) yaxın şəxs hesab edilən “qanuni oğru” Ülfət Tağıyev (Rufo Gəncinski) Azərbaycana deportasiya edilə bilər. 

Qaynarinfo xəbər verir ki, bu günlərdə azadlığa buraxılan Ülfət Tağıyev ölkərələrinə deportasiya ediləcək miqrantların saxlanma mərkəzinə yerləşdirilib. O, 2013-cü ildə Rusiyada qətldə ittiham edilərək 8 il azadlıqdan məhrum edilmişdi.

Maraqlıdır ki, Rusiya KİV-i Ülfət Tağıyevin artıq “qanuni oğru” olmadığını iddia edir. Amma bu titulun nə zaman, kim tərəfindən ondan alındığı barədə heç bir məlumat yoxdur.

Həmçinin Ülfət Tağıyev “qanuni oğru”dan daha çox Rövşən Canıyevin cangüdəni kimi təqdim edilir. Halbuki o, Dubayda Oniani-Canqveladze klanı tərəfindən “qanuni oğru” tutuluna layiq görülüb. Tariyel Oniani və Merab Canqveladze isə kifayət qədər nüfuzlu “qanuni oğur”lar hesab edilir.