Tribuna İnformasiya Agentliyi

Lənkəranda qadın müəllimi öldürdülər

28 Mart

Lənkəranda qətl hadisəsi törədilib. 

Lənkəranda qətl hadisəsi törədilib.

TİA.AZ-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.