LƏNKƏRANDA NƏ BAŞ VERİR? – QARAŞOVUN MÜAVİNİ İLƏ DİREKTORA MƏKTƏBLİNİ DÖYMƏK İTTİHAMI, İŞ POLİSDƏ…backend

LƏNKƏRANDA NƏ BAŞ VERİR? – QARAŞOVUN MÜAVİNİ İLƏ DİREKTORA MƏKTƏBLİNİ DÖYMƏK İTTİHAMI, İŞ POLİSDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəbdə təhsil alan məktəbli fiziki zorakılğa məruz qalıb. TİA.Az xəbər verir ki, bu barədə ilk Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbukda yazıb. Onun sözlərinə görə, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova məktəbli qızı attestat vermək adı ilə evə çağırıb və ona fiziki zorakılıq tətbiq ediblər. Məktəblinin şəkillərini göndərən şəxs iddia edib ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir. Buna səbəb başçı müavini Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Hətta öz qızını da döyüb, amma belə yox.

Ardınca Lənkəran İH məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumatı təkzib edib. Lakin DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev təsdiqləyib ki, məsələ ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Günün ikinci yarısında isə başçı müavini açıqlama və geniş izahat verməli olub. O, bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır. “Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb.

Rəsilə Əliyeva

Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim” – xanım məmur deyib.
Onun sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:
“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, güya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Başçı müavini bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.
Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova isə söyləyib ki, Rasilə Arifqızının övladı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:
“Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”.

Yeganə Əsgərova

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:
“Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”.
Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavinin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma direktor qızımı döyməyib”.
Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova isə telefon zənglərinə cavab verməyib. P. S. Axşam saatlarında saytımıza etibarlı mənbənin verdiyi xəbərə görə, hadisə döyülən şagirdin valideyninin dediyi kimi olub. İddialara görə, məmur övladı məktəbdə “at oynadır”, direktordan belə çəkinmir.

TİA.Az