Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölübbackend

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.
Dünən axşam saatlarında qeysəriyyə əməliyyatı keçirən Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə səhər saatlarında dünyasını dəyişib. Uşağın vəziyyəti normal qiymətləndirilir.
F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.
Mərhumun yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında uşaqları var.
Faktla bağlı araşdırma aparılır.