LƏNKƏRAN ZİBİLLİK İÇİNDƏ “ÜZÜR”, İH İSƏ… – FOTOLARbackend

LƏNKƏRAN ZİBİLLİK İÇİNDƏ “ÜZÜR”, İH İSƏ… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran küçələri zibillik içində “üzür”. TİA.Az xəbər verir ki, yerli sakinlər yaranmış vəziyyətdən narazılıq edirlər. Onların sözlərinə görə, şəhərin küçələri məişət tullantıları ilə doludur.
Bu da Lənkəranda antisanitarik vəziyyətin hökm sürməsinə səbəb olur. Sakinlər deyirlər ki, küçələrdə zibil dizə çıxır və bu problemin vaxtında həll olunması üçün heç bir tədbir görülmür.
Ən azından küçələrdə zibil qutuları qoymaq mümkündür ki, tullantılar yollarda, ağacların dibində olmasın. Amma yerli icra hakimiyyəti və kommunal təsərrüfat birliyi şəhərin bu günə düşməsinə səbəb olub.
Sakinlər bildirirlər ki, məişət tullantılarının daşınmasında problem yoxdur, sadəcə, zibil qabları olmadığı üçün küçələrə qoyulur.