LƏNKƏRAN XƏSTƏXANSINDA DƏHŞƏT: QOLLARI QALSTUKLA BAĞLANARAQ ÖLƏN GƏNC ANANIN İŞİ…backend

LƏNKƏRAN XƏSTƏXANSINDA DƏHŞƏT: QOLLARI QALSTUKLA BAĞLANARAQ ÖLƏN GƏNC ANANIN İŞİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikin Çayrud kənd sakini Elnarə İntiqam qızı Ağəlizadənin 10 gün Lənkəran rayon Mərkəzi Xəstəxansında qaldıqdan sonra vəfat etməsi ilə bağlı istintaq aparılır. İki uşaq anasının qayınata və qayınana tərəfindən döyülməsi üzə çıxıb, amma xəstəxanada bu fakt ört-basdır olunub. Bu haqda TİA.Az məlumat əldə edib. Vəhşicəsinə döuüləln gənc ana ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin burada baxımsızlıqdan həyatını itirib. Məsələ efirlərə qədər daşınıb və aparıcı Lalə Azərtaşın verilişində dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, reanimasiyada yatan qadının qolları tərpənməsin deyə kişi qalstuku ilə bağlanıb. Xəstəxana iddia edib ki, guya juqurddu, amma qalstuk olduğu aydınlaşıb. Nəticədə baxımsız qalan və normal müalicə almayan gənc ana dünyasını dəyişib. Əldə etdiyimiz məlumata görə, bununla bağlı xəstəxananın baş həkimi, reanimasiya şöbəsinin müdiri istintaqda dindirilib. Bildirilir ki, bu hadisə onlar üçün ciddi başağrısına çevrilib. Hətta şöbə müdirinin işdən azad olunması gözlənilir.

Elnarə 2000-ci ildə dünyaya gəlib, 18 yaşının tamamında isə elə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurub. Onların 3 yaşında bir qızı, anası xəstəxanada olarkən 1 yaşını tamamlayan oğlu var.

Yaxınlarının sözlərinə görə, Elnarə ailə həyatından narazı imiş, daim ərinin, qayınanası Zöhrə Qurbanovanın ona şiddət göstərməsindən şikayətlənirmiş. Hər dəfə də anasından “səbrli ol, düzələcək” sözlərini eşidib. Mərhumun qardaşı Seyfəddin Nəsirov danışıb ki, bacısının uzun müddət ailəsi tərəfindən işgəncə və təzyiqlərə məruz qalması haqda yalnız o, xəstəxanaya düşəndən sonra xəbər tutub.

TİA.Az