Leninin cəsədi mavzoleydən çıxarılacaq? – Kremldən cavabbackend

Leninin cəsədi mavzoleydən çıxarılacaq? – Kremldən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bizim belə planlarımız yoxdur. Hazırda gündəmdə başqa məsələlər və problemlərlə dolu olan başqa bir mövzu var”.
TİA.AZ xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, hazırda Vladimir Leninin cəsədinin Qırmızı Meydanda yerləşən mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil.
Xatırladaq ki, bir müddət əvvəl Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin rəhbəri, Volokolamsk mitropoliti İlarion Leninin cəsədinin məqbərədən çıxarılmasının mümkünlüyü barədə danışıb. O bildirib ki, meyitin sonradan dəfn edilməklə götürülməsi sadəcə zaman məsələsidir.