“Legiya” artıq Emrelidən pul da qazanır – FOTOLARbackend

“Legiya” artıq Emrelidən pul da qazanır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşavanın “Legiya” klubu satışa yeni idman geyimləri çıxarıb.

Fanat.Az xəbər verir ki, cəlbediciliyi artırmaq üçün geyimlərin təqdimatı millimizin üzvü Mahir Emrelinin vasitəsilə həyata keçirilib.

Satışa Mahirin imzası olan xatirə köynəkləri buraxılıb. Söhbət Konfrans Liqasında  İngiltərə “Lester”i ilə oyunda komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan hücumçumuzun matçdan sonra geyindiyi köynəkdən gedir. “Legiya” azarkeşləri 89.99 Polşa zlotu (təxminən 39 AZN) ödəməklə həmin köynəkləri əldə edə bilər.

Nisbətən qalın və həm ağ, həm də qara rəngdə olan geyimlər isə 82 AZN-ə satışa çıxarılır.