Legionerlər Ukraynaya axışır: Zelenskinin fərmanının pərdəarxası (ŞƏRH)backend

Legionerlər Ukraynaya axışır: Zelenskinin fərmanının pərdəarxası (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu sənəd Avropa Birliyinə qəbul və NATO-nun real dəstəyi olana qədər əcnəbilərin Ukrayna silahlı qüvvələrində olmasını legitimləşdirir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov Ukrayna Prezidenti Volodimir Zelenskinin legionerlərin Rusiya ilə savaşda vuruşmalarına şərait yaradan əcnəbi könüllülər üçün vizasız rejim haqqında fərmanına münasibət bildirərkən deyib:
“Ukraynanın əslində legionerlərin xidmətinə elə də ehtiyacı yoxdur. Bu məsələ başqa məna daşıyır. Bununla rəsmi Kiyev xaricdən gələn insanların Ukrayna ərazisində əllərində silah olmasını qanuniləşdirir. Yəni prosesə hüquqi əsas verirlər. Belədə isə rus işğalına müqavimət göstərmək üçün Ukraynanın kifayət qədər güc və ehtiyatı var. Rusiya 7 gün ərzində ancaq dağıntılar və dinc əhalini hədəf almaqla məşğuldur. Bunun müqabilində rus ordusunda itkilərin sayı 6 minə yaxındır. Çoxsaylı hərbi texnika itiriblər. Rus ordusunda döyüşmək istəyən yox, əsir düşənlərin sayı da kifayət qədərdir. Moskva bu vəziyyətdə çaşqın hala düşüb”.
Ekspert qeyd edir ki, legionerlərin gəlişi Ukrayna ordusunun gücünə əlavə güc qatacaq:
“Ümumilikdə legionerlər Ukraynanın gücünə güc qatmaq üçün gəlir. Bunun nəyi pisdir? Beynəlxalq güclər bununla Ukraynaya sadəcə həm vəfa borcunu yerinə yetirir, həm də bu ölkənin haqq işində yerli qüvvələrin yanında olurlar”.
Yayılan son məlumata görə, gürcüstanlı hərçilər də legioner kimi Ukraynaya daxil olub.