Tribuna İnformasiya Agentliyi

Lavrova çıxış etməyə imkan vermədilər – VİDEO

04 Dekabr

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Beynəlxalq könüllülər forumunda çıxış edərkən gözlənilməz hadisə baş verib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, nazir çıxış edərkən mikrofon qəflətən sönüb.

Təşkilatçılar nasazlığı aradan qaldırmağa çalışsalar da, bu, mümkün olmayıb.

Ardınca işıq sönüb və bu problem də həll edilməyib. Nəticədə Lavrov səhnəni tərk etməli olub.