Lavrov: Ukraynanın NATO-ya cəlb olunması genişmiqyaslı münaqişə riski yaradırbackend

Lavrov: Ukraynanın NATO-ya cəlb olunması genişmiqyaslı münaqişə riski yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NATO-nun Ukraynanı alyansa qəbul etmək niyyəti Avropa üçün hərbi risklərin yaranmasına səbəb olur və Rusiyanın təhlükəsizliyini təhdid edir. Kiyevin Şimali Atlantika blokuna üzvlüyü əldə etməsi Rusiya sərhədləri yaxınlığında hücum raket sistemlərinin peyda olmasını nəzərdə tutur ki, bu da qəbuledilməzdir.
TİA.AZ xəbər verir ki, bunu Bosniya-Hersoqoviniyanın “Oslobodenje” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Məqalə nazirliyin saytında dərc olunub.
Nazir vurğulayıb ki, Ukrayna NATO-ya daxil olarsa, bütün tərəflər üçün risklər yaranacaq. Lavrovun fikrincə, “amerikalı həmkarlarının” “öz ukraynalı himayədarlarını” himayə etməsindən yaranan qarşıdurma dərəcəsini azaltmaq lazımdır. Bundan əvvəl o, Ukrayna hakimiyyətinin Minsk razılaşmalarını sabotaj etmək əhval-ruhiyyəsini alovlandıran Kiyevin “hərbi nasosundan” danışıb.
Lavrov əlavə edib ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında əsas söhbətin mövzusu Ukrayna böhranı və Donbasdakı vəziyyət olub. Tərəflər “Cenevrə sammiti zamanı əldə edilmiş razılaşmaların icrasının bir növ inventarlaşmasını” həyata keçiriblər.
Bundan əvvəl Putin NATO raketlərinin Ukrayna ərazisindən Moskvaya uçuş vaxtının cəmi 7-10 dəqiqə olacağını bildirib. Onun sözlərinə görə, bu, ciddi çağırışdır.