Lavrov üçüncü dünya müharibəsinin mümkün nəticələrindən danışdıbackend

Lavrov üçüncü dünya müharibəsinin mümkün nəticələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü dünya müharibəsi dağıdıcı olacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Lavrov al-Jazeera telekanalına açıqlamasında deyib.

O bildirib ki, başlanacaq müharibə nüvə müharibəsi olacaq:

“Üçüncü dünya müharibəsi nüvə müharibəsi olcaq və dağıdıcı olacaq. ABŞ prezidenti Co Bayden təcrübəli insandır və əvvəllər demişdi ki, müharibənin yeganə alternativi sanksiyalardır”.

ABŞ prezidenti Co Bayden daha əvvəl bildirmişdi ki, Ukrayna hadisələri ilə əlaqədar Qərbin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalarının tətbiqinə alternativ “üçüncü dünya müharibəsi”nin başlaması olacaq. O deyib ki, Ukraynadakı hadisələrin Rusiyaya təsirləri nəinki yaxın, həm də uzaq gələcəkdə olacaq.

Mənbə: RİA Novosti