Lavrov bu gün Bakıya nə üçün, nə ilə gəlir – İki ekspertin şərhibackend

Lavrov bu gün Bakıya nə üçün, nə ilə gəlir – İKİ EKSPERTİN ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lavrovun gəlişi ərəfəsində Azərbaycan tərəfi humanistlik göstərərək üç erməni hərbçini əsirlikdən azad etmişdi. Buna jest olaraq sülhməramlılar Xankəndində parad keçirmədi. Büün bunlar göstərir ki, Azərbaycan Qarabağ məsələsində Ermənistan yox, Rusiya ilə danışıq aparır”.
Bu sözləri TİA.Az-a politoloq Ramiyə Məmmədova Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Bakıya səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu gün Lavrov Bakıda bir sıra məsələləri razılaşdırmalı olacaq: “Bizi narahat edən məqamlar da var. Məsələn, Putin Makronla telefon danışığında Qarabağlı bağlı birgə təşəbbüslə çıxış etməyi razılaşdırıb. Həmçinin Azərbaycanda olan digər diversant əsirlərin azad edilməsi, Minsk Qrupu məsələlərinə toxunula bilər”.


R.Məmmədovanın fikrincə, Lavrovla görüşdə xüsusi əhəmiyyət kəsb edən məsələ nəqliyyat-kommunikasiyaların açılması müzakirə olunacaq: “Zəngəzur dəhlizinin açılması işləri sürətlənməlidir və həm Rusiya, həm Azərbaycan Ermənistanda seçkilərin nəticəsini gözləyir. Paşinyan qalib gəldiyi halda dəhlizin açılması prosesi intensivləşəcək”.

 


Siyasi ekspert Əhəd Məmmədli isə bildirib ki, Lavrov Bakıya Putinin mesajlarını gətirib: “Lavrov Şuşaya düşən “İsgəndər – M”raketi, Qarabağdakı son hadisələr, Minsk Qrupu və Dağlıq Qarabağın statusu barədə danışacaq”.
Siyasi ekspert hesab edir ki, Moskva Bakını geri çəkilməyə, Minsk Qrupunu danışıqlarla bağlı gündəmə gətirməyə çalışır: “Zəngəzur dəhlizi açılmayıb, Xankəndində erməni hərbçilər yürüş keçirib, sülhməramlıların fəaliyyəti qənaətbəxş deyil, bu da çoxsaylı suallar yaradıb. Rusiya bu cür yollarla Azərbaycanı üçtərəfli bəyanatdan çıxmağa təhrik edir”.

TİA.AZ