Tribuna İnformasiya Agentliyi

Lavrov: “Bakı və İrəvanın mövqeləri əhəmiyyətli dərəcədə yaxınlaşıb”

04 Aprel

“Bakı və İrəvanın Qarabağ probleminin həlli üzrə mövqeləri vasitəçilərin köməyi nəticəsində əhəmiyyətli dərəcədə yaxınlaşıb. 

“Bakı və İrəvanın Qarabağ probleminin həlli üzrə mövqeləri vasitəçilərin köməyi nəticəsində əhəmiyyətli dərəcədə yaxınlaşıb.

TİA.AZ xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Bakinski raboçi” nəşrində dərc olunan məqaləsində bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı “Etibara əsaslanan əməkdaşlıq: Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə” adlanan məqalədə qeyd edib ki, münaqişənin nizama salınmasının baza prinsipləri əsasən uyğunlaşdırılıb.

“Səmimi olaraq maraqlıyıq ki, regiona sülh və sakitlik qayıtsın, orada insanlar məhv olmasın, sərhədlər açılsın, iqtisadi münasibətlər yenilənsin. Bütün bunlar üçün mümkün olanı edirik. Öz vasitəçilik missiyamızı həm müstəqil, həm də ATƏT-in Minsk qrupunun başqa həmsədrləri – ABŞ və Fransa ilə birlikdə həyata keçiririk. Tərəflər vasitəçilərin köməyi nəticəsində bir çox mübahisəli məsələlər üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırmağı bacarıblar. Nizama salınmanın baza prinsipləri əsasən uyğunlaşdırılıb”, – deyə Lavrov qeyd edib.

O həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını müxtəlif cür görürlər. Rusiyalı nazirin sözlərinə görə, ümumi gərginliyin azaldılması və münaqişə zonasında güc metodlarından imtina edilməsi həll üçün vacib şərtdir.

“Öz növbəsində Rusiya münaqişəyə cəlb olunmuş bütün tərəfləri razı salacaq razılaşmanın əldə olunduğu halda problemin həlli variantını dəstəkləməyə və digər vasitəçilərlə yanaşı, nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır”, – Lavrov əlavə edib.