Latviya səfərbərlikdən qaçan rusları qəbul etməyəcək – “Şengen vizası olanlara da güzəşt olmayacaq”backend

Latviya səfərbərlikdən qaçan rusları qəbul etməyəcək – “Şengen vizası olanlara da güzəşt olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib ki, Riqa orduya çağırışdan yayınmaq üçün ölkəsinə gəlmək istəyən rusları qəbul etməyəcək. Nazir hətta Şengen vizası olanlara da güzəşt olunmayacağını açıqlayıb. O, bunu təhlükəsizlik səbəbləri ilə izah edib.

Xatırladaq ki, sentyabrın 19-dan Baltikyanı ölkələr, o cümlədən Latviya Şengen vizası olan Rusiya vətəndaşları üçün sərhədi bağlayıb. Bundan əvvəl isə bildirilmişdi ki, xüsusilə dövlət tərəfindən təqib təhlükəsi altında olan insanlara verilən humanitar vizaların verilməsi davam etdiriləcək.