backend

LAPŞİN DİLQƏM ƏSGƏROVLA DƏYİŞİLƏ BİLƏRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksandr Lapşinin Bakıya gətirilməsi erməni girovluğunda olan azərbaycanlılar üçün hansı şansı yarada bilər? 

Aleksandr Lapşinin Bakıya gətirilməsi erməni girovluğunda olan azərbaycanlılar üçün hansı şansı yarada bilər?

Hüquq müdafiəçisi Əhməd Şahidov TİA.AZ-a açıqlamasında bu məsələyə də münasibət bildirib. Hüquq müdafiəçisi ilk öncə bloqerin tutulma səbəbinin hüquqi aspektlərini qeyd etdi:”Ukrayna, Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşinin törtədiyi qanun pozuntusu Azərbaycan Respublikası ərazisində baş verib. O, bir neçə maddə üzrə Azərbaycan  qanunvericiliyini pozmuş sayılır. İlk növbədə qeyri-qanuni yolla Azərbaycan ərazisinə daxil olub. Qanuni nəzərdə tutulmuş sərhəd buraxılış məntəqələrindən deyil, qeyri-qanuni yerlərdən keçərək işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib. Bu, onun birinci cinayətidir. İkinci cinayəti isə dünya tərəfindən qəbul olunmuş qanun – Azərbaycan Respublikasının ərazisini təhriv etmək və qondarma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil respublika kimi sosial şəbəkələrdə təqdim etmək olub. Onun Azərbaycan Respublikasına gətirilməsi və barəsində məhkəmə hökmü çıxarılması tam qanunidir. Düşünürəm ki, Belarus Respublikası da beynalxaq qanunlara hörmət edərək onu Azərbaycan Respublikasına təhvil verib. Məsələnin ikinci tərəfi isə onun vətəndaşı olduğu ölkələrdə cəzasını Rusiya, İsrail və ya Ukraynada çəkmək tələbi irəli sürülə bilər ki, bu da qanunauyğundur. Bu tələbi Azərbaycandan istəyə bilərlər. Azərbaycanda cəzasının bir hissəsini çəkəndən sonra öz ölkəsinə ekstradisiya olunması mümkündür. Amma bu məsələnini hüquqi tərəfidir. Lakin siyasi tərəfdən yanaşsaq, burada ikili standartları görürük. Lapşinin Bakıya gətirilməsindən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin və digər rus politoloqlarının sərt təpkisini müşahidə etməkdəyik. Rusiya XİN rəsmilərinin bu məsələdə narahatlığı ortadadır. Onlar da əsas kimi Rusiya Federasiyasının Konstitusiyasını göstərirlər. Həmin Konstitusiyanın 61.1 Maddəsinə görə, Rusiya Federasiyası vətəndaşlarının başqa ölkəyə təhvil verilməsi qadağandır. Həmin Konstitusiyanın 61.2 Maddəsinə görə Rusiya dövləti öz vətəndaşlarının xaricdə hüquq və azadlıqlarının təminatına zəmanət verir. Təbii ki, bütün bunlar Rusiyanın öz vətəndaşını müdafiə etməli olduğu anlamına gəlir və gələcəkdə Moskvadan gələcək vəkillərin A.Lapşinin müdafiəsinə qoşulacağı gözləniləndir. Həmin vəkillər məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra Lapşinin öz cəzasını Rusiyada çəkməsi üçün vəsadət də qaldıra bilərlər ki, bu da gözləniləndir. Lakin bu, yeni presedent yaradacaq. Belə ki, Ermənistan hakimiyyəti kəlbəcərli Dilqəm Əsgərovu 3 ildir ki, girovluqda saxlayır. Rusiya Federasiyasını Azərbaycan Respublikasındakı səfiri A.Lapşinlə təcridxanada görüşmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərməsi çox qəribədir. Bəs, nə yaxşı, 3 ildir, erməni girovluğunda saxlanan Rusiya vətəndaşı Dilqəm Əsgərovla heç bir dəfə də maraqlanmayan Rusiya rəsmiləri A.Lapşinin Bakıya gətirilməsindən 24 saat sonra onunla maraqlanmağa başlayıblar? Bu, onların ikili standartlarının təzahürüdür. Düşünürəm ki, əgər A.Lapşinə Azərbaycanda cəza hökmü çıxarılandan sonra Rusiya onu təhvil almaq istəsə, gərək Dilqəm Əsgərovu da Ermənistan Respublikasından təhvil alıb, Moskvda onun cəza çəkməsini istəsin. Mən bir hüqüq müdafiəçisi kimi ən optimal variant bunu görürəm. Heç bir emosiyaya qapılmadan deyə bilərəm ki, əgər  A.Lapşin Azərbaycanda barəsində cəza hökmü çıxarılandan sonra Rusiya tərəfinə ekstradisiya olunacaqsa və cəzasını Rusiyada çəkəcəksə, o zaman digər Rusiya vətəndaşı olan Dilqəm Əsgərov da təcili Rusiyaya təhvil verilməlidir və öz cəzasını Rusiya ərazisində çəkməlidir. Heç olmasa, onun ailə üzvləri, yaxınları, hüqüq müdafiəçiləri, vətəndaş cəmiyyətləri Diqəm Əsgərovla Rusiyada görüşə bilək və onun hüquqlarının bərpa olunması istiqamətində müəyyən işlər apara bilək. Əgər bu gün Rusiya öz vətəndaşını müdafiə edirsə, eyni münasibəti Dilqəm Əsgərova da göstərməlidir”.

Nilufər