Lal deyil, amma 35 ildir danışmırbackend

Lal deyil, amma 35 ildir danışmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bursa şəhərində yaşayan 42 yaşlı Suad Tək danışa bildiyi halda, 35 ildir bir kəlmə də kəsmir.

TİA.AZ  “Haber Türk”ə istinadən xəbər verir ki, 7 yaşınadək yaşıdları kimi olan S.Təkin qeyri-müəyyən səbəblərdən susqunluğa dalıb.

O, 1986-cı ildən bəri yalnız iki dəfə danışıb: bir dəfə məktəbdə, bir dəfə də hərbi xidmətdə olduğu dövrdə.

İnsanlarla kommunikasiyanı telefona yazdığı cümlələrlə quran S.Tək özünə sual verildiyi halda telefonuna endirdiyi tətbiqə cavabını yazaraq qarşısındakı şəxsə göstərir. S.Tək ondan müsahibə alan jurnalistin suallarını da yazılı formada cavablandırıb. Onun susqunluğunun səbəbi nə həkimlərə, nə də özünə məlum deyil.

“Mən də başa düşə bilmirəm. Heç kimdən küsməmişəm, müsbət xarakterli bir insanam ”, – o vurğulayıb.

İki dəfə evlənən S.Tək hər dəfəsində nikahı qeydə alan məmurlara “hə”ni yazılı şəkildə bildirib.

Heç kimlə söhbət etməyən S.Təkinin səs tonunu bilən yoxdur. Atası Rizvan Tək oğlunu müxtəlif həkimlərə apardığını bildirib: “Mənə heç bir problemin olmadığını söylədilər”.

Bununla belə, S.Təkin həyat yoldaşı Naqehan Tək əri ilə yola getdiyini söyləyib: “Mən artıq öyrəşmişəm, xoşbəxtəm”.