Laçınlı aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir-FOTObackend

Laçınlı aztəminatlı ailələrə yardımların verilməsi davam etdirilir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Bununla yanaşı xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahılyaşlı insanların sosial təcridin gücləndirilməsi, bu yaş qrupuna aid olan sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.

Belə ki, həmin tədbirlərin davamı olaraq, 2020-ci il 9 aprel tarixdə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları və gigeynik vasitələr Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan, yaşı 65-dən yuxarı olan laçınlı tənha, əlil, kimsəsiz, şəhid və aztəminatlı ailələrə fərdi qaydada çatdırılmışdır. Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və könüllülərlə birgə keçirilən xeyriyyə aksiyası zamanı gün ərzində 200 ailəyə yaşadıqları ünvanlarda ərzaq bağlamaları və gigiyenik vasitələr paylanılmış, onlara özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmları tövsiyə edilmişdir.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.