Laçınla bağlı xoş xəbər: Avqustun 26-da… (VİDEO)backend

Laçınla bağlı xoş xəbər: Avqustun 26-da… (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın günlərdə Laçın şəhəri və ətraf kəndlər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçəcək. Ermənilər artıq həmin ərazilərdən tamamilə çıxarılıb. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər də sökülür. Sülhməramlılar müvəqqəti olaraq yeni yola köçəcəklər. Ermənilərin laçında törətdikləri yanğınlarla bağlı məlumatlar avropa məhkəməsinə təqdim edilib.
Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlıları köçməyə hazırlaşır.
Ərazidə xüsusi texnika çalışır. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər sökülür. Ərazini boşaltmağa hazırlaşan sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.
Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun tam nəzarəti altına keçməsinə saylı günlər qaldı. Bəs hazırda ərazidə son vəziyyət necədir?Hərbi ekspertin sözlərinə görə, yaxın günlərdə Azərbaycan ordusu Laçın şəhərinə daxil olacaq.
Caliber.az saytı laçından xüsusi reportaj hazırlayıb. Saytın müxbiri azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlılarının müşayiəti ilə laçına yola düşüb. Reportajda qeyd edilir ki, laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Reportajda o da qeyd olunub ki, bu illər ərzində işğal altında olan laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.
Reportajdan meşələrin və çəmənliklərin necə yandırıldığı aydın görmək mümkündür. ”Meşələr sadəcə yandırılmır, həm də ağaclar kəsilməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarına düzülür. qiymətli ağaclar daha sonra satıla bilər. azərbaycan ərazilərini tərk etməkdən məyus olan ermənilər evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənlərini toplayırlar”- deyə reportajda bildirilir.
”Laçın şəhərində və kəndlərdə yanğınlar törədən ermənilər beynəlxalq qanun qarşısında da cavab verməli olacaqlar. Artıq Azərbaycan tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatlar Avropa Məhkəməsinə təqdim edilib”. Bunu ”Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib. Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər.