LAÇINI YANDIRMAQ REVANŞİSTLƏRİN TƏXRİBATIDIR? – RAZİ NURULLAYEVDƏN ÖZƏL AÇIQLAMAbackend

LAÇINI YANDIRMAQ REVANŞİSTLƏRİN TƏXRİBATIDIR? – RAZİ NURULLAYEVDƏN ÖZƏL AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin Laçını yandırmaqla bağlı revanşist qüvvələrdən yaxud erməni hakimiyyətindən mesaj aldıqlarını düşünmürəm”.

Bunu TİA. Az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu, ermənilərin xislətidir:
“Ermənilər görün nə qədər nadürüst və pis hərəkət edir ki, azərbaycanlıların evinə girib sonra da gedəndə yaşadığı evi yandırırlar. Bu şəkildəki həyasızlıq heç bir kitaba sığmır. Bu, dediyim ki, erməni xislətidir. Burada məni narahat edən başqa bir məqam var. Rus sülhməramlılarımı deyək, müharibəməramlılarımı deyək orada yerləşdi və Azərbaycan ermənilərə 15-20 gün vaxt verdi ki, Laçını, Kəlbəcəri və Ağdamı boşaltsınlar. Onlar nə ilə məşğul oldu? Bu humanist jestə qarşılıq olaraq mina basdırmaq, evləri yandırmaqla cavab verdilər. İnanmıram ki, Ermənistan dövlət siyasəti olaraq desin ki, gedin diri-diri arıları öz yuvalarında, pətəklərində yandırın. Ola bilsin ki, bu, Ermənistanın siyasəti olar ki, insanlara tapşırsın ki, evdən çıxanda birinci unitazı götürsünlər. İndi o unitazı tamizləyib aparırlar ya təmizləmirlər, bu, özü də sual altındadır. Bəs yaxşı onların evləri yandırmasının qarşısı niyə alınmır? Hərçənd ki, orada dronlar da var. Rusiya, Türkiyə monitorinq qrupu da var. Mənə belə gəlir ki, onlar o evləri yandırırsa, təbiətə yenidən ziyan vururlarsa, biz buna göz yummalı deyilik. Rusiya bunun qarşısını almalıdır. Əgər almırsa, Azərbaycan əsgəri ora zərbə endirməlidir. Qorxu olmayan yerdə cinayət olacaq. Mən belə düşünürəm və buna çağırış edirəm”.

Aytac