Laçında minaya düşən fəhlə vəfat edibbackend

Laçında minaya düşən fəhlə vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Laçında minaya düşən fəhlə vəfat edib.

TİA.AZ  xəbər verir ki, ağır dərəcəli bədən xəsarətləri diaqnozu ilə Bakıda xəstəxanada müalicə alan 1992-ci il təvəllüdlü Pərvin Salahov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, o, bu gün doğulduğu Ağstafa rayonun Dağ Kəsəmən kəndində dəfn olunacaq.

Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.