Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşdübackend

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Müdafiə Nazirliyindən TİA.AZ-a verilən məlumata görə hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək