“Laçın” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri azadlığa çıxıbbackend

“Laçın” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri azadlığa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın” Ticarət Mərkəzinin həbsdə olan rəhbəri azadlığa buraxıldı.

Ali Məhkəmədə piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, S.Vəliyevin cəzası azaldılıb və o, azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada – 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Sonra S.Vəliyev hadisə yerindən qaçıb.

Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.