LAÇIN DƏHLİZİNƏ ALTERNATİV GƏLİR, ERMƏNİLƏR TƏLAŞDA – EKSPERT DETALLARI DANIŞIR…backend

LAÇIN DƏHLİZİNƏ ALTERNATİV GƏLİR, ERMƏNİLƏR TƏLAŞDA – EKSPERT DETALLARI DANIŞIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfi dəhlizlər məsələsində vahid yanaşmanı təklif edir və onun tətbiqinə çalışır”.

Bunu TİA.Az-a açıqlamasında siyasi-ekspert İlyas Hüseynov deyib. Onun sözlərinə görə, revanşist və millətçi kəsim Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı böyük təlaş içərisindədirlər: ” Azərbaycan tərəfi dəhlizlər məsələsində vahid yanaşmanı təklif edir və onun tətbiqinə çalışır. Çünki Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin olunması Ermənistan ərazisi üzərindən həyata keçiriləcək. Eyni zamanda Qarabağda olan ermənilərlə humanitar əsaslı əlaqənin yaradılması da Azərbaycan ərazisindən keçir. Əgər hər hansı bir dəhlizdə gömrük və vergi tətbiq olunacaqsa, onda Laçın dəhlizində də eyni yanaşma olmalıdır. Bu məsələlər Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda səsləndirilib.

Düşünürəm ki, bu, çox haqlı yanaşmadır. Ermənistan tərəfi nəinki Zəngəzur dəhlizi istiqamətində avtomobil və dəmir yolu xəttinin çəkilməsi ilə bağlı maneələr törədir, eyni zamanda ədalətə uyğun olmayan tələblər irəli sürür. Burada gömrük postlarının qurulması, vergiyə cəlb olunma, avtomobil və sərnişinlərdən rüsum toplanması müzakirə mövzusudur, lakin Azərbaycan da eyni yanaşmanı Laçın dəhlizində tətbiq edə bilər. Digər məsələ Gorus-Qafan yolu ilə bağlıdır. Bu yol üzərində artıq Azərbaycan öz gömrük postlarını yerləşdirib və buradan keçən avtomobillərdən alınan vergi Azərbaycan büdcəsinə transfer olunur. Ona görə də Laçın şəhərinin nəzarətə götürülməsi, mərkəz hissəyə nəzarətin olması, eləcə də alternativ yolun çəkilişi ilə bağlı planlar və onların icrası da sübut edir ki, Azərbaycan 10 noyabr bəyanatından sonrakı dövrdə də siyasi iradə nümayiş etdirir və qətiyyətli addımlar atır. Rəsmi Bakı bəyan edir ki, Azərbaycan hədəflərinə çatmaqda maraqlıdır və Laçın dəhlizi üzərində suverenliyin bərpası və Zəngəzur dəhlizi ilə eyniləşdirilməsi addımları da böyük bir prosesin tərkib hissəsidir”.

Aytac

TİA.Az