Tribuna İnformasiya Agentliyi

Lələ Təpə qəhrəmanı qan xərçəngindən əziyyət çəkir: – Köməyə ehtiyacı var

10 Aprel

Aprel qəhrəmanlarından olan, Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak edən Aslanov Azər Əbülfət oğlu qan xərçəngindən əziyyət çəkir. 

Bu barədə tanınmış təlimçi Sənan Nəcəfov məlumat verib. O, qeyd edib ki, hazırda aprel qəhrəmanının xalqın köməyinə ehtiyacı var:

“Lələ Təpənin düşmən işğalından azad olunmasında iştirak edən Aslanov Azər Əbülfət oğlu qan xərçəngindən əziyyət çəkir. Hazırda Qan İnstutunda müalicə olunan keçmiş döyüşçünün bədənində qan yığınının azalması (tranpasit) baş verib. Azər Aslanovun təcili “1+” qana ehtiyacı var. Qan qrupu “1+” olan və ağır xəstəliklər keçirməmiş vətəndaşlarımızdan Lələ Təpə döyüşçüsünə kömək etməyi xahiş edirik”.

Əlaqə telefonu: 050 689 94 61