Tribuna İnformasiya Agentliyi

KXDR əsgəri Cənubi Koreyaya keçdi

01 Dekabr

Koreya Xalq Demokratik Respublikası (KXDR) ordusunun əsgəri iki ölkə arasındakı quru sərhədindən Cənubi Koreyaya keçib.

 

Bu barədə məlumatı Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahına istinadla Yonhap agentliyi yayıb. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri yerli vaxtla səhər 7:56-da KXDR əsgərinin sərhədi keçdiyini müəyyən ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

 

Qeyd edək ki, bu, iki ölkə arasındakı demilitarizasiya zonasında hərəyə 10 mühafizə postunu ləğv etmələrindən sonra ilk belə hadisədir.