Tribuna İnformasiya Agentliyi

Küveytli nazir leysana görə istefaya getdi

10 Noyabr

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi bu həftə yağan güclü leysanların vurduğu ziyana görə istefaya gedib.

Oxu.Az-ın məlumatına görə bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, güclü leysanların yağması nəticəsində drenaj sistemləri olmayan bir neçə rayonu su basıb.

Nazir leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə məsuliyyət daşıdığını bildirərək üzr istəyib və istefa verib.

Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir. Ölkənin Daxili İşlər Nazirliyi əhaliyə evlərini tərk etməməyi tövsiyə edib.