“Kurtlar Vadisi”nin “Testere Necmi”si öldübackend
Türkiyəli məşhur aktyor Tarık Ünlüoğlu 61 yaşında vəfat edib.
TİA.AZ Türkiyə KİV-inə istinadən xəbər verir ki, T.Ünlüoğlu ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Tarık Ünlüoğlu “Kurtlar Vadisi” serialında məşhur “Testere Necmi” obrazını canlandırıb. O, “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Avropa, Avropa” və digər məşhur ekran əsərlərində çıxış edib.