Tribuna İnformasiya Agentliyi

Kürdlərin məzar daşı qoyduqları erməni “qəhrəmanları” – İnanılmaz fakt

26 Noyabr

26 Aprel 2015-ci ildə Türkiyənin  Tunceli vilayətində Nazımiye rayonunda açıq bir sahədə bir abidənin açılış mərasimi keçirildi.   

26 Aprel 2015-ci ildə Türkiyənin  Tunceli vilayətində Nazımiye rayonunda açıq bir sahədə bir abidənin açılış mərasimi keçirildi.  

Məzar  Elazığda baş verən ixtişaların birində öldürülən və Orhan Bakır adı ilə tanınan TİKKO adlı təşkilatın rəhbərlərindən  olan Armenak Bakırcıyana aid idi. Məsələ ilə bağlı məlumatı Agos qəzetinin xəbərini Hollandiyadan Səfa Yürükel verib . Ona da bu haqda  bir təqaüdçü general mesajla bildirib.

 

 Arslan Bulut

 Mövzunun davamını 28 Aprel 2015-ci il tarixli Agos qəzetindən oxuyaq:

“Dersimin Nazımiye rayonunda soyqırımın 100-ci ilində TİKKO rəhbərlərindən Armenak Bakırcıyana aid abidə məzarının açılış mərasimi keçirilib. Nazımiye rayonu Xarik Kəndində inşa edilən abidə-məzarın açılışında HDP Dərsim millət vəkili namizədləri Əlican Nəzərli və Edibe Şahin, Dərsim Bələdiyyə Həmsədri Nurhayat Altun, HDP, DBP, DHF, EMEP, ESP, DERADOST, Partizan kimi cəmiyyət, partiya və təşkilatlardan olan nümayəndələr iştirak edib.  Bundan əlavə, mərasimdə  Yunanıstan, Fransa kimi  xarici ölkələrdən  gələn diaspor üzvləri iştirak ediblər.

Nazımiyə rayonu Perisuyu Çayı üzərində qurulan Pembelik Baraj gölü sahilində inşa edilən abidə-məzara yürüş həyata keçirən qrup “Erməni Soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı xatırlayırıq” və “Hrantdan Sevaga; 100-ci ilində Erməni Soyqırımı davam edir” yazılı plakatlar nümayiş etdirib.

Yürüş zamanı polis və xalq arasında plakatlara görə qısa müddətli gərginlik olub.

Mərasimdə Erməni soyqırımında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Bakırcıyanın məzarına qırmızı qərənfillər qoyulub.

Məzar daşında “Armenak Bakırcıyan, Hrant Dink, Manuel Dəmir, Nubar Yalımyan, Kevork Çavuş, Monte  Melkonyan, Antranik Uzunyan… Adsız, məzarsız bütün qəhrəmanlara ” yazısı var.

TKP-ML TİKKO-nun mərkəzi komitəsinin üzvü Armenak Bakırcıyan Elazığ Karakoçanda 13 May 1980-ci ildə polislə olan qarşıdurmada həyatını itirib”.