Kürdlər Dəməşqi ac qoyur – Buğdanı isə İraqa satırlarbackend

Kürdlər Dəməşqi ac qoyur – Buğdanı isə İraqa satırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Bəşər Əsəd hökumətini nəzarəti altında olan rayonların sakinlərinin ərzaq böhranı ilə qarşılaşmalarına baxmayaraq, kürdlərin «Xalq özünümüdafiə dəstələri» (YPG – bölgədə ABŞ ordusu tərəfindən dəstəklənir) tərəfindən tonlarla buğdanın Hasakedəki anbarlardan İraqa ötürülməsi davam edir.

Türkiyənin «Anadolu» dövlət informasya agentliyinin yerli mənbələrdən əldə etdiyi mlumata görə, terrorçu qrup (Ankara YPG-ni terrorçu kürd fəhlə partiyasının bir bölməsi hesab edir – Red.) ötən il fermerlərdən ucuz qiymətə aldığı buğdanı öz anbarlarında saxlayıb, indi isə baha qiymətə İraqa satıb, gəlir əldə edir.

Buğdanı daşıyan yük maşınları artıq demək olar, bir aydır ki, «Semalka» sərhəd keçidindən ABŞ hərbçilərinin nəzarəti altında istifadə edirlər. «Semalka» – bölgədəki İraq Kürdüstanı və YPG tərəfindən Suriyanın şimal-şərqində işğal edilmiş rayonların arasında nəzarət-keçid məntəqəsdir (NKM).

Bitki yağları və buğda çatışmazlığı səbəbilə, Bəşər Əsəd hökumətinin nəzarəti altında olan bir çox çörəkbişirmə müəssisələri kifayət qədər çörək bişirə bilmirlər ki, bu da bütün ölkədə ərzaq böhranı yaradıb. Dəməşqdə, Hələbdə, Homsda və Hamedə olan bir sıra çörəkbişirmə sexləri çörək istehsalı üçün lazım olan ərzaq xammalının çatışmazlığı səbəbilə bağlanmaq məcburiyyətində qalıb. Dəməşq tərəfindən nəzarət edilən rayonların sakinləri çörək sexlərinin qarşısında uzun növbələrdə dayanmağa məcbur qalıblar. «Daily Sabah» nəşrinin yazdığına görə, ölkənin məhsuldar torpaqları və neft ehtiyatları əsasən YPG-nin nəzarəti altındadır.

Eyni zamada bildirilir ki, maliyyə problemləri səbəbilə Rusiyanın 6 şirkəti bundan əvvəl Suriya hökumətinə buğda tədarükünü dayandırıb.

İqtisadi problemlərdən dolayı və istehsalın olmaması səbəbilə son ildə Suriya