Kürdəmirli iş adamından 10 min qab tibbi spirt yardımı-VİDEO,FOTObackend

Kürdəmirli iş adamından 10 min qab tibbi spirt yardımı-VİDEO,FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı Zöhrab Qəribovun rəhbərlik etdiyi “Qelios” MMC-nin Kürdəmir spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər birinin tutumu 500 milliqram olan 10 min qab spirt ianə edib.

Şirkətin rəsmisi Mətləb Kərimov  mətbuata açqılamasında bildirib ki, zavod rəhbərliyi tərəfindən, habelə rayon mərkəzi xəstəxanasına da eyni tutumlu 500 ədəd tibbi spirt bağışlanıb.Dövlət başçsının çağırışına dəstək olaraq hazırda fonda 100 qramlıq daha 10 min ədəd sprey spirtin verilməsi üçün hazırlıq işləri aparılır.

Bundan başqa, Zöhrab və Rəşad Qəribov qardaşları daha bir nəcib atacaqlar.Belə ki,onlar Kürdəmirdə qeydiyyatda olan 20 min evin hər birinə 500 milliqramlıq qablarda spirt paylanılmasını da təmin edəcəklər.

Qeyd edək ki, aylıq istehsal gücü 500 ton olan zavodda 100, 500 qramlıq, 1 və 20 litrlik tibbi spirt istehsal olunur.