Kürdəmirdə yol qəzası: ölən və yaralananlar var – FOTOLARbackend

Kürdəmirdə yol qəzası: ölən və yaralananlar var – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda ağır yol qəzası olub.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Məlumata görə, Bakı şəhər sakini, 72 yaşlı Əliyeva Minayə Duran qızı hadisə yerindəcə dünyasını dəyişib.

53 yaşlı Əliyeva Sevda Həbib qızı və 62 yaşlı Əliyeva Ballı Duran qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report.

img