Küçədə narkotikin təsiri altında olan gəncin dəhşətli görüntüləri – VİDEObackend

Küçədə narkotikin təsiri altında olan gəncin dəhşətli görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ictimai yerdə narkotik maddənin təsiri altında olan gəncin dəhşətli görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı jurnalist Könül Aypara sosial media hesabında paylaşım edib.
Bu kimi halların geniş yayıldığını qeyd edən jurnalist narkotiklə mübarizəyə qarşı reydlərin sayının artmalı olduğunu bildirib:
“Yasamal rayonudur, kütləvi yer – düz “İnşaatçılar” metrostansiyasının çıxışı.
Adam narkotik maddənin təsiri altındadır. Heç kim də əhəmiyyət vermir: dünəni də, bu günü də, sabahı da heç kimin eyninə deyil. Heç özünün də.
Bu kimi hallar artıq normal hal alıb. Günün günorta çağı açıq alver, həyətdəki maşınların qapı-pəncərələri, velosipedlər, təhqiramiz ifadələr, narkoman kişilər bir tərəfə, qadınların çoxalması…
Reydlərin sayı artmalı, istifadə edənlərdən öncə satanları həbs etmək daha məntiqlidir.
Polisə güvənimiz sonsuzdur. Camaatın balalarını “ağ ölüm”ə alışdıranlara qarşı birgə mübarizə aparaq”.
Həmin görüntüləri təqdim edirik: