Küçə itləri tanınmış jurnalistə hücum etdilər – “Sumqayıtda vəziyyət çox acınacaqlıdır” – Fotobackend

Küçə itləri tanınmış jurnalistə hücum etdilər – “Sumqayıtda vəziyyət çox acınacaqlıdır” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlərin aktual problemlərindən biri, sahibsiz küçə itləri. Bir neçə şəhərdə, rayonda get-gedə sayları artır, insanlara, xüsusilə uşaqlara hücum edirlər. Bu foto bir müddət öncə Sumqayıtda çəkilib. Özü də Sumqayıtın mərkəzi küçələrindən birində, mərkəzi bazarın yaxınlığında”.
TİA.AZ xəbər verir ki, bu sözləri və fotonu tanınmış idman jurnalisti Anar Xanlarov sosial şəbəkə hesablnda paylaşıb.
Jurnalist yazıb ki, günün günorta çağı bir sürü sahibsiz it, çox rahat şəkildə küçələri gəzir: “Nəzərə alsaq ki, itlər topu halında özgüvən səbəbindən daha təhlükəli olurlar, vəziyyətin ciddiliyinə özünüz qərar verin. Məsələnin quduz tərəfini qoyuram qırağa, o heç, orası artıq öldürücü nöqtədir. Hətta quduz olmayan it belə, insana hücum edə, körpə uşaqların sağlamlığına son qoya bilər. Aidiyatı qurumlar bunun fərqində deyil? Sabah insanlar özləri tədbir görəndə ayağı asfalt görməyən, yeri gəldi-gəlmədi vay-şüvənlik salan bəzi heyvansevərlər yenə səslərini atacaq başına ki, nə bilim günahsız heyvanlar öldürüldü filan. Biz də demirik ki, güllələnməli, qanlarına qəltan edilməlidir. Allahın heyvanıdır, insanlığa sığmaz. Amma hansısa formada qarşısı da alınmalıdır. Başqa bölgələri bilmirəm, Sumqayıtda vəziyyət çox acınacaqlıdır.

Bizim qaldığımız ərazi “Kimyaçılar” sarayına yaxındır. Gecə həmin sarayın qabağındakı böyük parkda itlərin səsindən, vəhşi ulaşmasından yatmaq olmur. Hava qaralandan sonra o ərazidən keçməyin özü belə, təhlükəlidir. Baxmayaq ki, mərkəzi meydandır. İşıqlandırmanın olmaması təhlükəni ikiqat artırır. Bu gedişlə bir müddət sonra itlərin sayı insanların sayından çox olacaq. Şəhərin bir neçə nöqtəsində “qərargahlar”ı var. Şərq bazarında “baş qərargah”ları yerləşir, bütün doğuş, artım prosesi orda gedir. Çox-çox üzr istəyirəm, artıq küçənin ortasında çox rahat şəkildə cinsi əlaqədə olurlar. Mən özüm mövcud duruma görə gecə qaçışlarından imtina etməli oldum. Çünki iki yerdə mənə də hücum ediblər. Biridə sürü halında, birində də 2-3 it birdən. Bəlkə də soyuqqanlı davranmasaydım, sonluq daha pis olardı. Çünki konkret şəkildə adamın üstünə cumurlar. Ən qısa zamanda tədbir görülməsə fəsadları ağır olacaq”.