Tribuna İnformasiya Agentliyi

“Kuboku ispanlara halal etmirəm, nəfsim ağırdır” — ŞEYX ƏBDÜL

21 İyun
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov “Real”ın (Madrid) və İspaniya millisinin kapitanı Serxio Ramos haqda danışıb.

“Ölkə.Az”ın məlumatına görə, kinorejissor ulduz futbolçunu bəyənmədiyini söyləyib:

“Ramosdan zəhləm gedir. Çempionlar Liqasının finalında Salahı qəsdən zədələdi. Həmin görüntülərə dəfələrlə baxmışam. Açıq-aşkar görünür ki, Salahı qəsdın zədələyir. Şeyxəm, nəfsim də ağırdır. ÇL-də qazandıqları son kuboku onlara halal etmirəm”.

Qeyd edək ki, dünən Ramosun çıxış etdiyi İspaniya yığması İran üzərində minimal hesablı (1:0) qələbə qazanıb.