KTN-in “analiz” oyunu: subsidiyalar niyə gecikir? – ŞƏRHbackend

KTN-in “analiz” oyunu: subsidiyalar niyə gecikir? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aqrar subsidiyaların verilməsi gecikdirilir, səbəb Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən fermerlərin torpaqlarının məcburi şəkildə aqrokimyəvi analizlərdən keçirilməsi barədə tələbidir. Torpaqlarını aqrokimyəvi analizdən keçirməyən fermerlərə subsidiya verilmir.

TİA.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul bildirib. “Qərarın qəbulunun KTN-in özbaşınalığı olması barədə əsaslandırmamı mümkün qədər qısa şəkildə təqdim etməyə çalışacamOnun sözlərinə görə, deyən ekspertin sözlərinə görə, “2021-ci ildən etibarən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqlarının aqrokimyəvi analizlərə cəlb olunsun və YALNIZ analizlərin nəticələrinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsindən sonra əkin subsidiyaları ödənilsin” qərarını Aqrar Subsidiya Şurası verib: “Ancaq nəinki Şuranın, heç KTN-in də belə bir qərar verməyə səlahiyyəti yoxdur! Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI”nda Aqrar Subsidiya Şurasının səlahiyyətlərinin çərçivəsi konkret müəyyənləşdirilib:
“2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır:
2.4.1. əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;
2.4.2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;
2.4.3. toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;
2.4.4. subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməsi.
2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər.”
İqtibasdan da göründüyü kimi, Şuranın torpaqların analizdən keçirilməsi ilə bağlı məcburi göstəriş verməyə (norma yaratmağa) və hər hansı bir şəkildə subsidiyaların verilməsini məhdudlaşdırmağa hüququ çatmır!
NƏTİCƏ: Dolayısı ilə Şuranın, əslində isə KTN-in məlum qərarı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa ziddir!
Qısa şəkildə onu da qeyd edim ki, KTN-in və onun yanındakı qurumların rəhbərlərinin qərara hüquqi don geyindirmək üçün istinad etdikləri “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununda və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də müvafiq hüquqi norma yoxdur.
Nəhayət, məsələ ilə bağlı KTN yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyevin adından yayılan rəsmi açıqlamada qanunun adını belə düz yazmayıblar. Azərbaycanda “Fitosanitar nəzarət haqqında” adlı qanun mövcud deyil, “Fitosanitar nəzarəti haqqında” qanun var. Türklər demişkən, bu da sizə kapak olsun!”