KTMT sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydıbackend

KTMT sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

TİA.AZ xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın kömək üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin işə salınmasına dair fəaliyyət təşkil edib. 2022-ci ilin sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla silahlı qarşıdurma baş verib. Bunun da nəticəsində ölən və yaralananlar var. Güc tətbiqini qəbuledilməz hesab edirik.

Ziddiyətlərin tənzimlənməsi üçün siyasi-diplomatik metodlar və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmalar istifadə olunmalıdır. KTMT sentyabrın 13-ü 09:00-dan başlayaraq təmas xəttində atəşkəsin əldə olunmasında Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirir”.