KTMT-nin saytına hücum olundubackend

KTMT-nin saytına hücum olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sentyabrın 13-də saat 23:00 radələrində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytı olan www.odkb-csto.org kiberhücuma (DDOS) məruz qalıb.
TİA.AZ xəbər verir ki, resursun fəaliyyəti pozulub, bəzi məlumat mesajlarına icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək sayta giriş mümkün olmayıb.
Hazırda saytın fəaliyyəti qismən bərpa olunub, icazəsiz müdaxilələrin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür.