KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmırbackend

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır”.

TİA.AZ xəbər verir ki, bunu brifinqdə KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov bildirib

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil”, – o deyib.

Onun sözlərinə görə, təşkilat Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edir.

Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.