Tribuna İnformasiya Agentliyi

KSQT Skripalın işi üzrə nəticələri Britaniyaya göndərib

12 Aprel

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) nümayəndələri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi işi üzrə istintaqın nəticələrini Böyük Britaniyaya göndəriblər.

“Report”un məlumatına görə, bu barədə “Daily Mail” xəbər verir.

Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, təşkilatın nümayəndələri nəticələri onlara təqdim ediblər.

Bildirilir ki, nəticələr bu gün elan ediləcək. Onları həmçinin kimyəvi silah üzrə konvensiyanın iştirakçı ölkələri arasında yaymaq planlaşdırılır.