Tribuna İnformasiya Agentliyi

Körpənizin həyatı sizin əlinizdədir- Hepatitdən qorunun!!!

16 Noyabr

Hazırda bütün dünyada viruslu hepatitlər sosial əhəmiyyətli xəstəliklər sırasındadır. Belə ki, artıq hepatitlər müasir tibbin və insanların ciddi probleminə və təhlükəsinə cevrilib desək, yanılmarıq.  

Hazırda bütün dünyada viruslu hepatitlər sosial əhəmiyyətli xəstəliklər sırasındadır. Belə ki, artıq hepatitlər müasir tibbin və insanların ciddi probleminə və təhlükəsinə cevrilib desək, yanılmarıq. 

Bu xəstəliyin yoluxma riski yüksək olan qruplar sırasında hamilə qadınlar, doguma və aborta gələnlər xüsusilə diqqəti cəlb edir. Ona görə də hamilə qadınları və ana olmagı planlaşdıran xanımları hepatit təhlükəsindən qorumaq üçün ardıcıl həyata keçirilən tədbirlərə maarifləndirmə yolu ilə ictimai dəstək vermək zərurətə çevrilib.

Bunları nəzərə alaraq “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi “Hepatitlərdən qorunaq!” adlı ictimai maarifləndirmə layihəsini həyata keçirir. AFN.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşır. Layihənin rəhbəri Fəxriyyə Abdullayevanın bildirdiyinə görə, təşkilat qadınlar arasında maarifləndirmə sessiyaları ilə ana olmaga hazırlaşanları virus hepaitilərinin yaratdıgı təhlükələrdən xəbərdar etməyə çalışır. Bunun üçün qadın məsləhətxanaları və doguşayardım müəssisələrində maarıfləndirmə sessiyaları keçirilir: “ Bu layihəni reallaşdırmaqda da əsas məqsədimiz viruslu hepatitlərin əsasən hamilə qadınlar üçün yaratdığı həyati təhlükələr barədə onlar arasında maarifləndirmə aksiyaları təşkil etmək, ana olmaga hazırlaşan qadınlarımızı “Bəşəriyyətin sarı toranı” adını almış bu təhlükəli virus barədə ətraflı məlumatlandırmaqdır”.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunda keçirilən görüşdə həkim-ginekoloq Gülnarə Rzayeva, layihənin ekspertləri Dünya Camalova və Zülfiyyə Mustafayeva iştirak ediblər. G.Rzayevanın sözlərinə görə, hazırda bütün dünyada 2 milyon insan hepatit virusuna yoluxub ki, bunun da 350 min nəfəri virusların daşıyıcılarıdır: “Hamilə qadınlar bu xəstəliyə yoluxanlar arasında yüksək risk qrupuna daxil olduğu üçün onların hamiləliyin 12 həftəliyinə qədər hepatitlərə qarşı yoxlanması vacibdir. Çünki hepatitlər qaraciyər xəstəliyi olduğuna görə hamilə qadınlarda daha təhlükəlidir”.

Gülnarə Rzayeva bildirib ki, adətən hepatit deyəndə çoxlarının ağlına Hepatit C gəlir. Amma Hepatit B daha təhlükəlidir: “Hepatit C-ni bir çox hallarda müalicə etmək mümkün olur, hətta bu virus insan orqanizmindən özü-özünə də çıxıb gedir. Hepatit B isə cinsi yolla da yoluxa bilir və müalicəsi yoxdur”.

Uşaqların hepatitlərə qarşı peyvəndə olunmasının vacibliyinə toxunan ginekoloq valideynləri bu barədə diqqətli olmağa çağırıb.

Layihənin ekspertləri Zülfiyyə Mustafayeva və Dünya Camalova qadınlar arasında hepatitlər haqqında aparılan maarifləndirmə işlərindən danışıblar. 

İnteraktiv şəkildə keçən görüşdə Gülnarə Rzayeva və ekspertlər qadınların suallarını cavablandırıblar.

Tədbirdə həmçinin layihə çərçivəsində çap edilən və virus hepatitləri ilə baglı qadınlara gərəkli məlumatların əks olunduğu bukletlər təqdim olunub.

Qeyd edək ki, layihə çərçivəsində məlumat sessiyaları davam etdiriləcək.