Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdıbackend

Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının “Spetsiya” ilə matçında fərqlənib.

TİA.AZ xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub.

Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.

Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.