Kriştiano Ronaldo hönkür-hönkür ağladı (VİDEO)backend

Kriştiano Ronaldo hönkür-hönkür ağladı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo “Good Morning Britain” verilişində aparıcı Piers Morqana müsahibə verib.
Qaynarinfo xəbər verir ki, hazırda İtaliyanın “Yuventus” klubunun formasını geyinən futbolçu atası ilə bağlı videonu izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib. Ronaldo atasının onun uğurlarını görə bilmədiyinə görə məyus olduğunu bildirib:
“Ailəm, anam, hətta böyük oğlum belə uğurlarıma şahid oldu, amma atam gənc yaşda öldü və heç nə görmədi. Alkoqolik olduğu üçün onunla heç vaxt normal ünsiyyətim olmayıb. Uğurlarımı görmədiyi üçün kədərliyəm”.
Qeyd edək ki, K.Ronaldunun atası Xose Dinis Aveyro 2005-ci ildə 52 yaşında qaraciyər serrozundan vəfat edib.
Xose Dinis 1961-1976-cı illərdə Anqolanın müstəqilliyi uğrunda mübarizədə iştirak edib. Həmin dövrdə insanlar sudakı yoluxucu xəstəliklərdən qorunmaq üçün su əvəzinə pivə içirdi. Dinis həmin dövrdə içkiyə qurşanıb.
Atası vəfat edərkən Ronaldonun 20 yaşı var idi və İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edirdi. Futbolçu atasını müalicə etdirmək üçün İngiltərəyə gətirsə də, onun həyatını xilas etmək mümkün olmamışdı.
Gülşən