Tribuna İnformasiya Agentliyi

Kriptovalyutalar ucuzlaşır

17 Aprel

Bu gün dünya kriptovalyuta bazarında ucuzlaşma qeydə alınıb.

TİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, bitkoinin qiyməti 8 min dollardan bir qədər aşağı düşüb.

Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,1% ucuzlaşaraq 7,997 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da günə ucuzlaşma ilə başlayıb. Belə ki, “Ethereum” 0,77% və ya 506,2 dollaradək, “Ripple” 0,24% (0,66 dollara qədər), “Bitcoin Cash” isə 0,37% (758,41 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 325,62 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.