Kriminal dünyada qanlı qarşıdurma: Lotu Qulinin klanı sıradan çıxarılır…backend

Kriminal dünyada qanlı qarşıdurma: Lotu Qulinin klanı sıradan çıxarılır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı “oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirlidikdən sonra rəqibləri onun klanına qarşı hücuma keçib. 

Yenisabah.az xəbər verir ki, artıq Lotu Qulinin klanına daxil olan kriminalitetlərin sıradan çıxarılmasına başlanılıb. Nadir Səlifovun qardaşı “oğru” Namiq Səlifov  (Namiq Bakinski) barəsində “proqon” yayıldıqdan sonra onları dəstəkləyən digərlərinin də müxtəlif üsullarla kriminal dünyadan sıxışdırılması üçün əsas yaranıb.

Məlumat üçün deyək ki, Lotu Quli qətlə yetirlidikdən sonra qardaşı Namiq Səlifov onun varisi elan edilib. Nadir Səlifovun ətrafında təmərgüzləşən kriminal elementlər Namiq Səlifovun liderliyini qəbul ediblər. Onlar arasında “oğru” titulu daşıyanlar da var.

Namiq Bakinski qardaşı Lotu Quli ilə birlikdə 1995-ci ildə həbs edilib. 27 il azadlıqdan məhrum olunan Namiq Səlifov cəzasının 15 ilini çəkdikdən sonra azadlığa buraxılıb. 2013-cü ildə isə mərhum “oğru” Aslan Usoyanın (Ded Xasan) keçirdiyi “sxodka”da kriminal dünyanın ali tituluna layiq görülüb.

Namiq Bakinsiyə “oğru” titulu verildikdən sonra onunla başqa bir azərbaycanlı kriminalitet Əli Heydərov (Albert Rıjı) arasında münaqişə yaranıb. Namiq Səlifov və adamları Albert Rıjını döyərək onu “oğru” titulundan məhrum ediblər. Buna baxmayarq, Əli Heydərov bir neçə ildən sonra titulunu bərpa edə bilib. Təsadüfi deyil ki, Bakinski ilə bağlı “proqon”da onun da imzası var.

Ümumiyyətlə bildirilir ki, Namiq Səlifovun “oğru” kimi qəbul edilməməsilə bağlı çağırışa Hacı Beyləqanski, Zaur Naxçıvanski, Albert Rıjı, Emin Hacıqabulinski kimi azərbaycanlı “oğru”ların imza atması Lotu Qulinin Azərbaycandakı dayaqlarını sıradan çıxarmağa hesablanıb. Onsuz da Nadir Səlifov Azərbaycanın kriminal dünyasında birmənalı qəbul edilmirdi. Mərhum “oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) tərəfdarları onu qəbul etmirdi. Bundan başqa, vaxtilə Nadir Səlifovun “oğru” titilundan məhrum edilməsi barədə “proqon”a sadiq qalanlar da var idi. Doğrudur, Lotu Quli onlardan bəzilərini cəzalandırsa da, Azərbaycanın kriminal dünyasına tam hakim ola bilməmişdi. İndi həmin qüvvələr Nadir Səlifovun rəqibləri ilə güclərini birləşdirə və onun klanını tamamilə sıradan çıxarmağa çalışa bilərlər.

Bir sözlə, yaxın vaxtlarda kriminal dünyada qanlı qarşıdurmalar gözlənilir. Bu qarşıdurmada hansı tərəfin qalib gələciyini isə zaman göstərəcək.