Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionu azadlıqdabackend

Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionu azadlıqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TİA.AZ APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilib. Zaur Yusifovun qətldə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib. Zaur Yusifov məhkəmə zalaından azadlığa buraxılıb.
Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb. Qətllə bağlı 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” ləqəbi ilə tanınıb. O, “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib.
Zaur Yusifov kikboksinq üzrə dünya çempionudur.