Tribuna İnformasiya Agentliyi

Kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan şəxs qətlə yetirilib- FOTO, VİDEO

10 May

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

***

Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA xəbər verir ki, mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb.

İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb.

Qeyd edək ki, əvvəllər “qanunsuz silah gəzdirmə” maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında “BMV” markalı şəxsi avtomobilində bıçaqlanıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Hazırda Binəqədi rayon prokuroru hadisə yerindədir.

***

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

“Report” xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.