KRIMDA DAHA BİR GÜCLÜ PARTLAYIŞ… – Ukrayna ordusu Rusiyanın hərbi hissəsini vurdu? + VİDEObackend

KRIMDA DAHA BİR GÜCLÜ PARTLAYIŞ… – Ukrayna ordusu Rusiyanın hərbi hissəsini vurdu? + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. UNIAN xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

“AzPolitika.info” xəbər verir ki, Kreml təbliğatçıları Krımdakı növbəti partlayışları elektrik yarımstansiyasındakı qəza kimi təqdim etməyə çalışıblar.

Lakin hadisə yerindən yayılan videogörüntülərdən belə aydın olur ki, partlayış kifayət qədər güclü olub və qətiyyən hansısa elektrik yarımstansiyasındakı qəzaya bənzəmir. Hadisə şahidləri partlayış dalğasının yaxınlıqdakı tikililərə çatdığını və onlara zərər vurduğunu bildirirlər.

Qeyd olunur ki, partlayış hərbi hissənin ərazisində baş verib. Odur ki, bu hadisədə də Ukrayna hərbçilərinin əli olduğu şübhə doğurmur. Rusiya televiziyaları isə hadisəni növbəti dəfə adi texniki qəza kimi təqdim edərək, yerli əhalinin və turistlərin Krımı tərk etməsinin qarşısını almağa çalışıblar. Lakin sonradan Rusiya Müdafiə Nazirliyi Krımda hərbi hissədə “hərbi sursatların detonasiyaya uğraması” səbəbindən partlayış baş verdiyini bəyan edib.        

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olmuşdu və 10-a yaxın hərbi təyyarə, 60 nəfərə qədər şəxsi heyət üzvü məhv edilmişdi. .