Kremldən sanksiya çağırışına reaksiyabackend

Kremldən sanksiya çağırışına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov müxalifət lideri Aleksey Navalnı tərəfindən yaradılan Korrupsiyaya Qarşı Mübarizə Fondunun ABŞ hökumətinə çağırışını şərh edib.
TİA.AZ  xəbər verir ki, Fond rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.
ABŞ-ın nüfuzlu nəşri “The Washington Post” qəzeti isə Navalnın sanksiya tətbiq edilməsini istidəyi şəxslərin siyahısını dərc edib. Siyahıya iş adamı Roman Abramoviç, “VTB Bank”ın İdarə Heyəti sədrinin müavini Denis Bortnikov, sözügedən bankın baş icraçı direktoru Andrey Kostin, Səhiyyə naziri Mixail Muraşko, Kənd Təsərrüfatı naziri Dmitri Patruşev, iş adamı Əlişir Usmanov və jurnalist Vladimir Solovyov da daxildir.
Peskov deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun ABŞ hökumətinə çağırış etməklə xarici agent statusunu nümayiş etdirmiş olub. O əlavə edib ki, Qərbin sanksiya siyasəti ilə bağlı Rusiyanın mövqeyi bəllidir.
“Rusiya rəhbərliyi bu cür metodları qəbuledilməz sayır. Dövlətlərarası əlaqələrin inkişafı üçün bu cür metodlar yanlışdır və belə addımların perspektivi yoxdur”, – deyə Kremlin sözçüsü vurğulayıb.